Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib
14 Fevral 2026 12:55   Paylaş

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın cənub regionlarına növbəti hücumları nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Stabil.az"ın Ukrayna KİV-lərinə istinadən məlumatına görə, Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, vilayətdə baş verən zərbələr nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Zərbələr yaşayış məntəqələrinə endirilib, dağıntılarla bağlı təfərrüatlar dəqiqləşdirilir.

Eyni zamanda, Zaporojye vilayəti də kütləvi hücuma məruz qalıb. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorovun məlumatına görə, sutka ərzində Rusiya qoşunları 41 yaşayış məntəqəsinə 655 zərbə endirib. Poloqı və Zaporojye rayonlarına hücumlar nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol