Rusiya Xerson və Xarkovu vurub: 2 ölü, 31 yaralı
23 İyul 2026 11:45   23 Jul 2026 11:57 Paylaş

Rusiya qüvvələrinin Ukraynanın Xerson və Xarkov vilayətlərinə endirdiyi zərbələr 2 nəfərin ölümünə, 31 nəfərin yaralanmasına səbəb olub.

"Stabil.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayətə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, Rusiya qoşunları Xarkova və vilayətin daha 15 yaşayış məntəqəsinə raketlər, idarə olunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

"Xarkov vilayətinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb", - o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol