Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi həyata keçirilib
13 Avqust 2026 16:15   Paylaş

Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçirilib.

"Stabil.az" RBK-ya istinadən xəbər verir ki, mübadilə çərçivəsində Rusiya 261 hərbçinin, Ukrayna isə 24 hərbçinin meyitini təhvil verib.

Qeyd edək ki, bundan əvvəlki mübadilə zamanı Rusiyaya 31, Ukraynaya isə 501 meyit təhvil verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol