Rusiya və Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv olunur
Mayın 11-də qüvvəyə minəcək sazişlə Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşları qarşılıqlı olaraq vizasız səyahət edə biləcəklər.
"Stabil.az" xəbər verir ki, bu barədə məlumat yayan Rusiya Xarici İşlər Nazirliyi RF vətəndaşlarının bir təqvim ili ərzində davamlı olaraq və ya ümumilikdə 90 günə qədər Səudiyyə Ərəbistanına vizasız daxil ola və qala biləcəklərini qeyd edib.
Sazişə əsasən, vizasız rejim işləmək, təhsil almaq və ya daimi yaşayış hüququ istisna olmaqla, Krallığa səyahətə şamil edilir.
Rusiya Federasiyasına səfər edən Səudiyyə Ərəbistanı vətəndaşları üçün də oxşar şərtlər nəzərdə tutulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





