Rusiya Ukraynanın üç vilayətini atəşə tutub: 1 nəfər ölüb, 34 nəfər yaralanıb
Rusiya ordusunun sutka ərzində Xarkov, Sumı və Zaporojye vilayətlərinə hücumları nəticəsində 1 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.
"Stabil.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin 18 yaşayış məntəqəsinə raket zərbələri endirib və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə 1 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Sumı şəhərinə idarəolunan aviabombalarla zərbə endirib. İlkin məlumatlara görə, 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alıb.
Öz növbəsində, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun verdiyi məlumata görə, Rusiya qüvvələri regionun 49 yaşayış məntəqəsinə 1000-dən çox zərbə endirib. Nəticədə 3-ü uşaq olmaqla 14 nəfər yaralanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





