Rusiya Ukraynanın Nikolayev limanını vurub, iki nəfər həlak olub
17 İyul 2026 14:27   Paylaş

Rusiya Silahlı Qüvvələrinin Nikolayev şəhərindəki liman infrastrukturuna zərbələri nəticəsində xarici gəminin göyərtəsində olan iki nəfər həyatını itirib.

"Stabil.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayət prokurorluğunun məlumatında bildirilib.

Məlumata görə, hücum nəticəsində xarici bayraqlar altındakı üç mülki gəmiyə ziyan dəyib.

Zərbələr "Shahed" pilotsuz uçuş aparatları vasitəsilə endirilib. Ölənlər Ukrayna vətəndaşları olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol