Rusiya Ukraynanın enerji sisteminə ilin ən güclü zərbəsini endirib
Fevralın 3-nə keçən gecə Rusiya Ukraynanın enerji sisteminə ilin əvvəlindən bəri ən güclü zərbəni endirib.
“Stabil.az” xəbər verir ki, bu barədə Donbas İstili Enerji Şirkəti (DTEK) öz “Telegram” kanalında məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, kütləvi hücumlar nəticəsində Ukraynanın xeyli sayda enerji istehsalı və paylanması obyektləri zərər görüb və ölkə üzrə enerji sistemi ciddi məhdudiyyətlərlə işləyir.
“Hücumlar Kiyev, Xarkov və Dneprdəki İstilik Elektrik Mərkəzləri və İstilik Elektrik Stansiyalarına, həmçinin Odessa bölgəsindəki obyektlərimizə raket və dronlarla endirilib”, – məlumatda qeyd olunur.
DTEK bildirib ki, hücum nəticəsində on minlərlə insan işıqsız qalıb. Kiyev şəhərinin sol sahilində, xüsusilə Dneprovski və Darnitski rayonlarında elektrik təchizatı tam dayandırılıb, sağ sahildə isə işığın verilməsində qrafiklər tətbiq olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





