Rusiya-Ukrayna danışıqlarının nəticəsi: 314 hərbi əsir mübadilə edildi
Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi baş tutub. Mübadilə 157-nin 157-yə formulu əsasında həyata keçirilib.
“Stabil.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna nümayəndə heyətlərinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən danışıqlarda ümumilikdə 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəldiklərini açıqlamışdı.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





