Rusiya Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbə endirib: 20 nəfər yaralanıb
Rusiya avqustun 6-na keçən gecə Sumı, Zaporojye və Xerson vilayətlərinə hücum edib, nəticədə 20 nəfər xəsarət alıb.
"Stabil.az" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.
Zaporojyedə Rusiya pilotsuz uçuş aparatı (PUA) vasitəsilə yaşayış binasına zərbə endirib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, iki nəfər xəsarət alıb.
Bildirilib ki, Rusiya qoşunları Sumının şimal və mərkəzi hissələrinə 8 idarə olunan aviabomba atıb.
Sumı şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeyenkonun sözlərinə görə, 12 nəfər yaralanıb. Aviabombalardan biri hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Zərbələr nəticəsində ticarət mərkəzi, beş mağaza, üç fərdi ev və beş avtomobil zədələnib.
Bundan başqa, Xerson vilayətinin Kamışanı qəsəbəsində Rusiya PUA vasitəsilə avtobusa zərbə endirib. Vilayət prokurorluğunun məlumatına görə, altı nəfər yaralanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





