Rusiya Qara dənizdə iki yük gəmisini dronlarla vurub
6 Avqust 2026 11:52   Paylaş

Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qurumun məlumatına görə, gəmilər Odessanın cənubunda və şərqində olub, onlar hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirdilər.

Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, avqustun 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessanın cənubunda üç quru yük gəmisini vurub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol