Rusiya PUA-larla Xarkova zərbələr endirib, ölən və yaralananlar var
21 Fevral 2026 13:46   Paylaş

Rusiya Silahlı Qüvvələri son sutka ərzində müxtəlif tipli PUA-larla Xarkova və vilayətin 10 yaşayış məntəqəsinə hücumlar həyata keçirib, ölən və yaralananlar var.

"Stabil.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, 5 nəfər yaralanıb, həmçinin 2 polis əməkdaşı həlak olub.

O.Sinequbov əlavə edib ki, Xarkova endirilən zərbələr nəticəsində 2 bina, fərdi evlər, taxıl anbarı və avtomobillər zədələnib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol