Rusiya ordusu Odessaya PUA zərbələri endirib, xəsarət alanlar var
Rusiya ordusu Ukraynanın Odessa vilayətinə kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində vilayətin infrastrukturuna külli miqdarda ziyan dəyib, bir neçə ərazidə yanğınlar baş verib.
Bildirilib ki, Odessada elektrik enerjisi, istilik və su təchizatında ciddi fasilələr yaranıb.
İlkin məlumata əsasən, PUA hücumları nəticəsində dörd nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





