Rusiya Odessa şəhərinə hücum edib, ölən və yaralananlar var
9 Fevral 2026 11:31   Paylaş

Rusiya ordusunun Odessa şəhərinə dronlarla həyata keçirdiyi kütləvi hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Stabil.az"ın “UNIAN”a istinadən verdiyi məlumata görə, Odessa şəhər administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, zərbə zamanı 35 yaşlı kişi həlak olub, 19 yaşlı qız da daxil olmaqla iki nəfər yaralanıb.

Hücum nəticəsində çoxmərtəbəli yaşayış binasında və qeyri-yaşayış obyektində yanğın baş verib, qaz xətti zədələnib, avtomobillərə zərər dəyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol