Rusiya Kiyevə raket zərbələri endirib, ölən və yaralananlar var
5 Avqust 2026 09:57   Paylaş

Rusiya Kiyevə raket zərbələri endirib.

"Stabil.az" xəbər verir ki, yerli monitorinq qruplarının yazdığı məlumata görə, ilk 20 dəqiqə ərzində Kiyev şəhəri və onun vilayətinə 30-a yaxın raket atılıb.

Qoloseyevski rayonunda fərdi ev dağılıb. İnsanların dağıntılar altında qaldığı ehtimal edilir.

Qoloseyevski rayonunda qeyri-yaşayış binasında baş verən yanğın nəticəsində ammiak sızması baş verib.

Lokasiyaların birində təkrar partlayış baş verib, nəticədə hadisə yerində olan təcili yardım maşınının sürücüsü xəsarət alıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hava hücumu zamanı 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Kiyev vilayətinin Buça, Brovarı, Fastov rayonlarında da dağıntılar qeydə alınıb, yaralılar var.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol