Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Rusiya iyunun 15-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə kütləvi hücum həyata keçirib, nəticədə 4 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko teleqram kanalında bildirib.
"Yenilənmiş məlumatlara əsasən, Kiyevdə 23 yaralının olduğu məlumdur, onların arasında uşaq var. Çox təəssüf ki, ölənlərin sayı 4 nəfərə çatıb", - o, teleqramda yazıb.
Tkaçenkonun sözlərinə görə, Kiyev kütləvi hibrid hücuma məruz qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





