Rusiya istiqamətli PUA Latviyanın neft bazasına düşüb
Latviya Hərbi Hava Qüvvələri Rusiya istiqamətindən gələrək ölkənin hava sərhədini pozan pilotsuz uçuş aparatının yerli neft bazasına düşdüyünü qeydə alıb.
"Stabil.az" bu barədə LSM milli teleşirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, bir neçə PUA Rusiya ərazisindən Latviyanın hava məkanına daxil olub, onlardan ikisi qəzaya uğrayıb. PUA-lardan biri Rusiya sərhədi yaxınlığındakı neft bazasının ərazisinə düşüb, nəticədə dörd boş neft çəni zədələnib.
Mənbənin məlumatına görə, aparatlardan birinin düşdüyü yer artıq müəyyən edilib, ikinci PUA-nın axtarışları davam edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




