Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib və 600 hərbçi qarşılıqlı olaraq təhvil verilib.
"Stabil.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi Kiyevə 300 əsiri geri qaytarıb. Əvəzində Ukrayna Moskvaya 300 rusiyalı əsiri təhvil verib.
Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı razılaşma fevralın sonunda Cenevrədə keçirilən danışıqlar zamanı əldə olunub. Martın 5-də Moskva ilə Kiyev arasında “200-ün 200-ə" formatında əsir mübadiləsi aparılıb. Rusiya tərəfi mübadilənin ABŞ və BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirildiyini açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





