Rusiya Donetsk vilayətində yaşayış və sənaye obyektlərini vurub
4 Fevral 2026 20:45   Paylaş

Rusiya Ukraynanın Donetsk vilayətinin Drujkovka şəhərinə zərbələr endirib. Nəticədə 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Stabil.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.

O qeyd edib ki, Drujkovkaya endirdiyi bugünkü zərbələr nəticəsində azı 6 nəfər ölüb və 1 nəfər yaralanıb.

Bundan əlavə, V.Filaşkinin sözlərinə görə, zərbələr nəticəsində sənaye zonası, üç çoxmərtəbəli və üç fərdi yaşayış evi zədələnib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol