Rusiya Dnepropetrovskda YDM-ə zərbə endirib, 3 nəfər ölüb
3 Avqust 2026 17:42   Paylaş

Rusiya qoşunlarının Ukraynanın Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsinə "Shahed" tipli PUA ilə endirdiyi zərbə nəticəsində üç nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə Krivoy Roqun yaxınlığında yerləşən Şirokovo icmasındakı YDM-ə endirilib.

Hücum nəticəsində üç nəfər ölüb.

Hadisə yerində qəza-xilasetmə əməliyyatı davam edir, zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol