Rusiya Dnepropetrovsk və Odessa vilayətlərinə zərbə endirib: 2 mülki şəxs ölüb
Bu gün Rusiya ordusunun Dnepropetrovsk və Odessa vilayətlərinə endirdiyi zərbələr nəticəsində mülki əhali arasında 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
"Stabil.az"ın məlumatına görə, xəbəri “Unian“ Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja istinadən yayıb.
Gecə saatlarında Rusiya qüvvələri Krivoy Roq şəhərinə raket zərbəsi endirib. Hadisə nəticəsində 9 fərdi ev, 5 çoxmənzilli yaşayış binası, inzibati bina və avtomobillər zərər görüb. Bundan əlavə, Sinelnikov rayonuna pilotsuz uçuş aparatları ilə zərbə endirilib.
Qanja bildirib ki, Vasilkovka və Rozdor icmaları zərər çəkib. Zərbələr nəticəsində 77 yaşlı kişi və 72 yaşlı qadın həlak olub, 53 yaşlı qadın isə yaralanaraq orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Eyni gündə Rusiya ordusu Odessa vilayətinə də pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib. Hücum zamanı 50 yaşlı bir mülki şəxs xəsarət alıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




