Rusiya-ABŞ-Ukrayna danışıqları qapalı rejimdə keçiriləcək
Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlar qapalı rejimdə baş tutacaq.
"Stabil.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu gün görüşlə bağlı hər hansı açıqlamanın verilməsi gözlənilmir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib. O bildirib ki, danışıqların sabah da davam etdirilməsi planlaşdırılır.
“Düşünmürəm ki, bu gün hansısa xəbərlər gözləməyə dəyər, çünki işin sabah da davam etdirilməsi nəzərdə tutulur”, – deyə Peskov vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





