Rusiya ABŞ ilə birbaşa uçuşları bərpa etməyə hazır olduğunu açıqlayıb
Rusiya ABŞ ilə birbaşa uçuşları bərpa etməyə hazırdır.
"Stabil.az" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov bildirib.
Yadrov vurğulayıb ki, ABŞ-a uçuşların bərpası üçün Rusiya aviaşirkətlərinə əvvəllər tətbiq olunan bütün məhdudiyyətlərin aradan qaldırılması lazımdır. O, ölkəsinin ABŞ ilə hava əlaqəsini bərpa etməyə hazır olduğunu əlavə edib.
Qeyd olunur ki, ABŞ ilə Rusiya arasında birbaşa uçuşlar 2022-ci ilin fevralından dayandırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





