Rumıniyada güclü qar: uçuşlar dayandırıldı, elektrik kəsintiləri var
Rumıniyanın cənub və cənub-şərqində çərşənbə gecəsi güclü qar fırtınası baş verib.
Hadisə zamanı Buxarestdə qırmızı həyəcan siqnalı verilib, yol, hava və dəniz nəqliyyatının fəaliyyəti ciddi şəkildə pozulub. Fırtına nəticəsində 18 mindən çox ev işıqsız qalıb.
"Stabil.az" Rumıniyanın “Agerpres” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb. Bildirilib ki, xəsarət alan olmasa da, fırtına 21 rayonda 67 yaşayış məntəqəsinə ziyan vurub. Buxarestdə qar örtüyünün 50 santimetri keçəcəyi gözlənilir.
Henri Koanda Hava Limanında səkkiz uçuş ləğv edilib, beşi isə digər hava limanlarına yönləndirilib. Buxarest yaxınlığında yol hərəkəti məhdudlaşdırılıb, Konstansa və Tulça qraflığında dənizçilik fəaliyyəti dayandırılıb.
Elektrik kəsintiləri 21 yaşayış məntəqəsinə təsir edib, təxminən 18 min 400 ev işıqsız qalıb. Hakimiyyət sakinləri zəruri olmayan səyahətlərdən çəkinməyə çağırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





