Rubio: İran raket ehtiyatının yarısını istifadə edib
28 Aprel 2026 09:04   Paylaş

İran İslam Respublikası ABŞ və İsrailin hərbi əməliyyatından əvvəl sahib olduğu raket potensialının təxminən yarısını istifadə edib.

"Stabil.az" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a verdiyi müsahibədə bildirib.

“İndi raketlərin yarısı qalıb”, – deyə o vurğulayıb.

Dövlət katibi, həmçinin iddia edib ki, Tehranın nə istehsal gücü, nə də dəniz qüvvələri qalıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol