Rubio: Çin ordusu qlobal miqyasda ikinci güclü qüvvədir
Çin son on ildə Silahlı Qüvvələrinin gücünü görünməmiş templə artırır və hazırda dünyanın ikinci ən güclü ordusuna malikdir.
"Stabil.az" xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu “NBC News” telekanalına müsahibəsində deyib.
“Son on ildə Çin ordusunun gücü misli görünməmiş sürətlə artır. Onun nə qədər sürətlə böyüdüyünü və nə qədər böyük olduğunu görməzlikdən gəlmək olmaz. Şübhəsiz ki, onlar dünyanın ikinci ən güclü ordusudur”, - deyə Birləşmiş Ştatların Dövlət katibi bildirib.
Marko Rubionun sözlərinə görə, Pekinin bütün dünyada güc nümayiş etdirmək ambisiyaları var.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





