Ronaldinyo İtaliyanın “Ravenna” klubuna transfer olunur
20 İyun 2026 13:44   Paylaş

Braziliyalı əfsanəvi futbolçu, “Qızıl top” mükafatı laureatı Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.

"Stabil.az" xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.

Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol