Romada Azərbaycan caz gecəsi təşkil olunub
İtaliyanın Roma şəhərinin "Casa del Jazz" mədəniyyət məkanında "Xəzərin səsi: Azərbaycan cazı" ("İl suono del Caspio: Jazz dell"Azerbaigian") adlı konsert proqramı keçirilib.
"Stabil.az" bu barədə Mədəniyyət Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və sənətsevərlər iştirak ediblər.
Konsert proqramında Xalq artistləri Eldar Mansurov, Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, eləcə də Elnur Hüseynov və Aysel Teymurzadə çıxış ediblər.
İncəsənət nümayəndələrimizin təqdimatında Azərbaycan xalq musiqisinin intonasiyalarını müasir caz improvizasiyaları ilə birləşdirən əsərlər böyük şövqlə səsləndirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





