Roma Malik Fofana üçün 40 milyon avro ödəməyə hazırdır
14 Avqust 2026 12:26   14 Aug 2026 13:08 Paylaş

İtaliyanın "Roma" klubu Fransa təmsilçisi "Lion"un futbolçusu Malik Fofananı heyətinə qatmaq istəyir.

"Stabil.az" xəbər verir ki, bu barədə "La Gazzetta della Sport" məlumat yayıb.

Paytaxt təmsilçisi vinger üçün 40 milyon avro ödəməyə hazırdır.

Xatırladaq ki, Malik Fofana 2024-cü ilin yanvarından "Lion"da çıxış edir. O, ötən mövsüm 16 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu mövsümün bir hissəsini zədə səbəbindən buraxmalı olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol