Rodrigesdən Vaşinqtona xəbərdarlıq: Venesuela daxili işlərinə müdaxilə olmamalıdır
Vaşinqton Venesuela siyasətçilərinə əmr verməyi dayandırmalı, ölkənin siyasi sahəsindəki fikir ayrılıqları və daxili münaqişələr özləri tərəfindən həll edilməlidir.
"Stabil.az" xəbər verir ki, bunu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges deyib.
O, həmçinin ABŞ‑ı ölkənin daxili işlərinə qarışmamalı olduğu barədə xəbərdar edib.
Xatırladaq ki, Delsi Rodriges yanvarın 3‑də ölkə Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlayıb.
Ötən həftə isə “The Guardian” qəzeti mənbələrinə istinadla bildirib ki, Rodriges Nikolas Maduro ələ keçirilmədən əvvəl Vaşinqtonu əməkdaşlığa hazır olduğuna inandırmağa çalışıb və onun ABŞ‑la əlaqələri daha əvvəl başlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





