Rodriges amnistiya qanunu təsdiqlənib
20 Fevral 2026 11:46   Paylaş

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges parlament tərəfindən yekdilliklə qəbul edilən “Demokratik Birgə Yaşamaq üçün Amnistiya Qanunu”nu təsdiqləyib. Sənəd siyasi məhbusların əfvini nəzərdə tutur.

"Stabil.az" xəbər verir ki, Rodriges bu barədə Venesuela televiziyasında çıxışı zamanı məlumat verib.

Qanun hazırda həbsdə olan siyasi məhbusların azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, 1 yanvar 1999-cu ildən bu yana olan dövrü əhatə edən qanun “Rəsmi Qəzet”də dərc edildikdən sonra qüvvəyə minəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol