Roberto Mançini İtaliya millisinin baş məşqçisi təyin edilib
28 İyul 2026 21:39   Paylaş

Roberto Mançini İtaliyanın futbol üzrə milli komandasına baş məşqçi təyin olunub.

"Stabil.az" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

61 yaşlı mütəxəssis 2018-2023-cü illərdə də ölkəsinin yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında 2021-ci ildə Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Roberto Mançini ötən mövsüm Qətərin "Əl-Sədd" komandasına rəhbərlik edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol