Rişarlison “Tottenhem”dən ayrılmaq istəyir
10 Sentyabr 2026 18:26   Paylaş

Braziliyalı futbolçu Rişarlison İngiltərənin "Tottenhem" klubundan ayrılmaq istəyir.

"Stabil.az" xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu müqaviləsinə vaxtından əvvəl xitam verməyə çalışır.

London təmsilçisinin məşqçilər heyəti onu Premyer Liqanın 2026/2027 mövsümü üçün heyətə daxil etməyib. Forvard bu səbəbdən azad agent statusu əldə etmək və Braziliyanın "Vasko da Qama" klubuna keçmək niyyətindədir.

Braziliya təmsilçisi onun keçidi ilə bağlı rəsmi sorğu göndərib. "Tottenhem" rəhbərliyi hücumçu üçün 23,2 milyon avro təzminat tələb edir.

Xatırladaq ki, Rişarlisonun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol