Rəqəmsal transformasiya sahəsində Azərbaycan-Şimali Makedoniya əməkdaşlığı genişlənir
13 Fevral 2026 12:35   Paylaş

Şimali Makedoniya Azərbaycanla rəqəmsal transformasiya sahəsində əməkdaşlığın əsas prioritetlərini müəyyən edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Şimali Makedoniyanın rəqəmsal transformasiya naziri Stefan Andonovski müsahibəsində bildirib.

Onun sözlərinə görə, vətəndaş və biznesyönümlü xidmətlərin, "bir pəncərə" prinsipinin tətbiqi, elektron xidmətlərin standartlaşdırılması, eləcə də rəqəmsal həllərin həyat dövrünün idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması xüsusi maraq doğurur.

Rəqəmsal transformasiyanın institusional arxitekturası - qurumlararası koordinasiya, rəqəmsal islahatların səmərəliliyinin qiymətləndirilməsi də prioritetlər sırasındadır.

"Kibertəhlükəsizlik ayrıca prioritet istiqamətdir. Bu sahədə əməkdaşlıq kiberhadisələrə reaksiyanın koordinasiyası, milli erkən xəbərdarlıq mexanizmlərinin inkişafı, dövlət informasiya sistemlərinin dayanıqlılığının artırılması, eləcə də institusional kibergigiyena mədəniyyətinin formalaşdırılması və kadr potensialının artırılması üzrə təcrübə mübadiləsini ehtiva edə bilər. Rəqəmsal infrastrukturun və innovativ texnologiyaların inkişafı, o cümlədən rəqəmsal identifikasiya, məlumatların qorunması, bulud həllərindən istifadə və dövlət sektorunda innovasiyaların tətbiqi ilə bağlı yanaşmaların mübadiləsi də perspektivli istiqamətdir", - nazir qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol