Real yayda Massimiliano Alleqrini komandaya baş məşqçi gətirməyi planlaşdırır
4 Mart 2026 16:09   Paylaş

Cari mövsümün sonunda "Real" rəhbərliyi komandanın baş məşqçi postunu italiyalı mütəxəssis Massimiliano Alleqriyə həvalə etməyi nəzərdə tutur.

"Stabil.az" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisi təcrübəli mütəxəssisi yayda "Milan"dan ayırmağa çalışacaq.

"Kral klubu"nun namizədlər siyahısında Yurgen Kloppun adı olsa da, almaniyalı mütəxəssis hazırda "Red Bull"un futbol strukturunda rəhbər vəzifədə çalışır.

Kloppun məşqçiliyə qayıtmaq istəməməsi Alleqrini "Real" üçün prioritet namizədə çevirib.

Qeyd edək ki, M.Alleqrinin hazırda İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol