Real Madrid Vinisius Juniorla müqaviləni yeniləyib
7 Avqust 2026 09:54   Paylaş

"Real Madrid" braziliyalı hücumçu Vinisius Junior ilə müqavilənin uzadıldığını rəsmi saytı vasitəsilə elan edib.

"Stabil.az" xəbər verir ki, 26 yaşlı futbolçunun yeni müqaviləsi 2032-ci ilin 30 iyununa qədərdir.

Vinisius 2018-ci ilin yayında 18 yaşında Braziliyanın "Flamenqo" klubundan "Real Madrid"ə keçib. Bu müddət ərzində o, komandanın heyətində bütün yarışlarda 375 oyun keçirib, 128 qol vurub və 100 məhsuldar ötürmə edib.

"Real Madrid" ilə 14 kubok qazanan Vinisius, həmçinin iki Çempionlar Liqası, üç La Liqa, iki Klublararası Dünya Kuboku və iki UEFA Super Kubokuna sahib olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol