"Real Madrid" PSJ ulduzu Joao Neveş üçün 150 milyon avro xərcləyə bilər
"Real Madrid" PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisini transfer etmək üçün 150 milyon avroya qədər təklif irəli sürə bilər.
"Stabil.az" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Daha əvvəl "Real Madrid"in prezidenti Florentino Peres bildirib ki, o, İngiltərə Premyer Liqasında oynamayan yarımmüdafiəçi və ya hücumçu kimi oynayan oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.
Neveş ötən mövsüm bütün yarışlarda 38 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatınaa görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





