“Real”ın ulduz qapıçısı Tibo Kurtua “Estremadura” klubunun ortaq sahibi olub
19 May 2026 12:14   Paylaş

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua İspaniya təmsilçisi “Estremadura”nın həmsahibi olub.

"Stabil.az"ın məlumatına görə, belçikalı qolkiper Qonzalo Vila ilə birgə NXTPLAY platforması üzərindən kluba investisiya yatırıb.

2022-ci ildə təsis edilmiş klub hazırda ölkənin üçüncü dərəcəli liqasında mübarizə aparır.

Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən "Real"da çıxış edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol