“Real” Entso Fernandes transferində razılıq əldə edib
İspaniyanın “Real” klubu “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatmaq üçün futbolçu ilə razılığa gəlib.
"Stabil.az" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Madrid komandası 25 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılığa gəlib. "Kral klubu" argentinalı oyunçu üçün "zadəganlar"a təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, Entso Fernandes ötən mövsüm "Çelsi"də 54 oyunda 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Real" daha əvvəl "Çelsi"dən Mark Kukurelyanı transfer edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





