“Real”a ağır zərbə: Cud Bellinqem ciddi zədə aldı
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem ciddi zədə alıb.
"Stabil.az" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Bellinqem La Liqanın XXII turunda "Rayo Valyekano"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib.
Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




