Qvineya hökuməti istefa etdi, yeni Baş nazirin adı yaxın günlərdə məlum olacaq
23 Yanvar 2026 11:31   Paylaş

Qvineya Prezidenti Mamadi Dumbuya fərmanı ilə keçid dövrü Baş naziri Amadu Uri Banın rəhbərlik etdiyi hökumət istefaya göndərilib.

“Stabil.az” xəbər verir ki, məlumatı “Guinee 360” portalı yayıb. Prezident hökumətin istefasından sonra nazirliklərin baş katiblərinə yeni hökumət təyin edilənədək öz qurumlarının cari işlərini davam etdirməyi tapşırıb. Yeni kabinetin rəhbərinin adı və tərkibi yaxın günlərdə açıqlanması gözlənilir.

Hökumətin istefası M.Dumbuyanın Prezident vəzifəsinə başlamasından təxminən bir həftə sonra baş verib. Qeyd edək ki, o, 2025-ci il dekabrın 28-də ölkədə keçirilmiş seçkilərdə qalib gəlib. Qvineyada prezidentlik müddəti yeddi ildir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol