Quru Qoşunlarının komandanı Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib
28 Aprel 2026 17:53   Paylaş

Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Azərbaycanda səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər.

"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Ulu Öndərin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənəli qarşılanma mərasimində komandanlar fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Görüşdə ölkəmizin Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə, həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

News about - Quru Qoşunlarının komandanı Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol