Qurban Məcnunov U-17 dünya çempionatına qələbə ilə başlayıb
27 İyul 2026 11:45   Paylaş

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatında ilk qarşılaşmasında qalib gəlib.

"Stabil.az"ın məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovla üz-üzə gəlib.

Q.Məcnunov rəqibini 9:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol