Qlobal fond bazarlarında müsbət dinamika qeydə alınıb
3 Fevral 2026 10:27   Paylaş

Amerika fond bazarlarında əsas indekslər artım nümayiş etdirib. Belə ki, Dow Jones indeksi 1,05 faiz artaraq 49 407,66 bəndə, S&P 500 indeksi 0,54 faiz yüksələrək 6 976,44 bəndə, Nasdaq indeksi isə 0,56 faiz artımla 23 592,11 bəndə çatıb.

“Stabil.az"ın məlumatına görə, Avropa fond bazarlarında da müsbət dinamika qeydə alınıb. Böyük Britaniyanın FTSE 100 indeksi 1,15 faiz artaraq 10 341,56 bəndə, Almaniyanın DAX indeksi 1,05 faiz yüksələrək 24 797,52 bəndə, Fransanın CAC-40 indeksi isə 0,67 faiz artımla 8 181,17 bəndə yüksəlib.

Dünya valyuta bazarlarında avronun dollara qarşı məzənnəsi 0,17 faiz artaraq 1,1810 dollar təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol