Qızıl və gümüşün qiymətində kəskin artım qeydə alınıb
29 Yanvar 2026 10:28   Paylaş

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində 4 faizdən çox artım qeydə alınıb.

“Stabil.az”ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 4,58% artaraq 4 584,89 ABŞ dollarına bərabər olub.

COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti isə 4,16% yüksələrək 118,26 ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol