Qızıl və gümüş fyuçerslərində ucuzlaşma qeydə alınıb
Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb.
“Stabil.az” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 2,29 faiz azalaraq 5 231,31 ABŞ dolları təşkil edib.
COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti isə 3,18 faiz geriləyərək 110,795 ABŞ dollarına bərabər olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





