Qızıl bahalaşaraq 4300 dollar səviyyəsini keçib
15 İyun 2026 11:39   15 Jun 2026 12:03 Paylaş

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının bahalaşması fonunda qızılın qiyməti 4300 dollar həddini keçib.

"Stabil.az" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,07 dollar/unsiya olub.

Gümüşün iyul fyuçersləri 2,23 dollar və ya 3,27% yüksələrək 70,20 dollar/unsiyaya çatıb.

Sənaye metalları arasında misin sentyabr fyuçersləri 8,3 sent və ya 1,28% bahalaşaraq 658,95 sent/funt təşkil edib.

Platinin spot qiyməti də 41,66 dollar və ya 2,42% artaraq 1 762,4 dollar/unsiyaya yüksəlib.

Bazar iştirakçıları qiymətli metallara tələbin artmasını geosiyasi risklər və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirirlər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol