Qırmızı bazara növbəti köç prosesi tamamlanıb
11 Mart 2026 14:12   Paylaş

Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç həyata keçirilib və səhər saatlarında yola salınan ailələr yurdlarına çatıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Qırmızı bazar qəsəbəsi bu gün 20 ailə olmaqla, 81 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol