Qırğızıstanın xarici işlər naziri iyulun 1-də Türkiyəyə səfər edəcək
30 İyun 2026 18:22   Paylaş

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev iyulun 1-də Türkiyəyə rəsmi səfər edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində onun birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında iştirakı planlaşdırılır. İclas iki dövlətin xarici işlər nazirləri səviyyəsində keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol