Qida Təhlükəsizliyi Agentliyi quş qripinə nəzarəti gücləndirir
Martın 2-dən 6-dək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq aparacaq.
"Stabil.az" Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir ki, monitorinq risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək.
Ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək. Baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




