Qəzza zolağına İndoneziya hərbçilərinin göndərilməsi müzakirə olunur
İndoneziya yaxın vaxtlarda Qəzza zolağına ərazidə yaradılması nəzərdə tutulan sabitləşdirici qüvvələrin tərkibində iştirak etmək üçün öz hərbçilərini göndərə bilər.
"Stabil.az" xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, indoneziyalı hərbçilərin anklava gəliş tarixləri hələlik müəyyən edilməyib.
Onların Qəzzanın cənubunda, Rəfah və Xan-Yunis şəhərləri arasında yerləşdirilməsi planlaşdırılır.
Bildirilib ki, sözügedən ərazidə hərbçilərin yerləşdirilməsi üçün hazırlıq işləri aparılır və yaşayış obyektlərinin inşasının bir neçə həftə davam edəcəyi gözlənilir.
İndoneziya kontingentinin dəqiq sayı açıqlanmayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





